Haqqımızda Reklam
07 
Okt
2024
10:17
102
26
2984

Əhməd İmamquliyev parlament seçkilərində Aqil Mustafayevi dəstəkləyəcək

Bu gün saat 11:00-da "Lelo-Güclü Gürcüstan" koalisiyasının Marneuli qərargahında brifinq keçirilib. 24News.ge xəbər verir ki, koalisiyanın nümayəndəsi Aqil Mustafayev və siyasətçi Əhməd İmamquliyev birgə mətbuata açıqlama veriblər. Əhməd İmamquliyev qeyd edib ki, o "Güclü Gürcüstan” partiyasına qoşulmayıb, sadəcə Aqil Mustafayevə dəstək olmaq və mövcud hakimiyyəti hakimiyyətdən göndərmək üçün bu mübarizəyə qoşulub. Ə. İmamquliyev 26 oktyabr parlament seçkilərində Aqil Mustafayevi dəstəkləyəcəyini bildirib. Məlumat üçün bildirək ki, "Birlik - Milli Hərəkat" koalisiyası seçki siyahasında Əhməd İmamquliyevi arxa sıralarda təqdim etdiyi üçün, o, etiraz edərək adının siyahıdan çıxarılmasını tələb etmişdi. Qeyd edək ki, sözügedən brifinqlə bağlı reportajı axşam saat 21:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasiya buraxlışında izləyə bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989