Haqqımızda Reklam
02 
Okt
2024
06:05
81
8
2309

Rəsmi açıqlama: İran İsrailin iki bazasına və “Mossad”ın qərargahına zərbələr endirib

İran İsrailin Hərbi Hava Qüvvələrinin iki bazasına və bu ölkənin kəşfiyyat xidməti “Mossad”ın qərargahına hücum edib. 24News.ge xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri bildirib. O, deyib: “Bu gecə biz “Mossad”ın qərargahına, Nevatim və Hatzerim hava bazalarına, həmçinin (raket əleyhinə müdafiə) radarlarına və İsrail tanklarına zərbələr endirdik”. İsrail mətbuatının məlumatına görə, İranın İsrail paytaxtı Təl-Əvivə genişmiqyaslı raket zərbələri nəticəsində 7 nəfər ölüb, 16 nəfər xəsarət alıb. İran tərəfi İsrailə raket hücumunu “Sadiq 2” əməliyyatı adı altında keçirdiyini bildirib. İranın ali dini lideri Ayətullah Əli Xamenei İslami müqavimət qüvvələrinin İsrailə qarşı hücumlarının daha da genişlənəcəyi barədə xəbərdarlıq edib. O, bu barədə X-də ivrit dilində müvafiq yazı dərc edib. “Müqavimət cəbhəsinin sionist rejimin çürümüş bədəninə (İsraili nəzərdə tutur – red.) zərbələri daha da sarsıdıcı olacaq”, - deyə Xamenei qeyd edib. İranın İsrailə hücumunu İran lideri Qurandan bir sitatla şərh edib: “Allahın köməyi ilə və qələbə yaxındır”. İsrailin Baş Qərargahından isə bildirilib ki, vaxt seçiləcək, İran cavab hücumu ilə təəccübləndiriləcək. Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Məlumata görə, İsraildəki hədəflərə 500-ə yaxın ballistik raket atılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989