Haqqımızda Reklam
01 
Okt
2024
23:06
109
11
2285

İran İsrailə zərbələr endirir: 500-dən çox raketlə...

İran ərazisindən İsrailə raket zərbələri endirilir. 24News.ge xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. İran tərəfindən İsrailə 500-dən çox ballistik raket atılıb. Hazırda İsrail hava hücumundan müdafiə sistemləri İran raketlərini zərərsizləşdirməyə çalışır. Son məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun endirdiyi raket zərbəsi zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20-dən çox F-35 təyyarəsi vurulub. IRIB telekanalı isə İranın “Fəttah” hipersəs raketlərinin İsrailin “Arrow-2” və “Arrow-3” raketdən müdafiə sistemlərini məhv etdiyini açıqlayıb. "Fars" agentliyi isə İran raketlərinin 80 %-nin İsraildəki hədəfləri vurduğu barədə xəbər verib. Həmçinin iddia edib ki, bu, yalnız birinci hücum dalğasıdır və ikincisini gözləmək lazımdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989