Haqqımızda Reklam
10 
Sen
2024
19:45
31
16
2418

Daxili İşlər Nazirliyi Vüsal Qeyibovun saxlanılması ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi "Lelo" partiyasının Saqareco bələdiyyəsinin Yormuğanlı kəndində partiyanın aktiv üzvü və liderlərindən olan Vüsal Qeyibovun saxlanılması ilə bağlı açıqlama yayıb. 24News.ge xəbər verir ki, nazirliyin açıqlamasında bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hakimin hökmü əsasında təqsirləndirilən şəxsin yaşadığı ünvana baxış zamanı maddi sübut kimi 2 ədəd odlu silah və 59 ədəd patron götürüb. Qeyd olunur ki, faktla bağlı istintaq başladılıb və saxlanılan şəxsi 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Vüsal Qeyibovun vəkili Saba Buadze bildirib ki, xüsusi əməliyyat nəticəsində Qeyibovun evindən götürülən silahla nə koalisiya üzvünün, nə də onun ailə üzvlərinin heç bir əlaqəsi yoxdur. Təqsirli bilinən Qayıbovun ifadəsinə görə, o, bu silahların hər ikisini ilk dəfə görüb, irəli sürülən ittihamı isə siyasi motivli böhtan hesab edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989