Haqqımızda Reklam
06 
Avq
2024
22:05
30
6
533

Baş prokuror Türkiyənin ölkəmizdəki səfiri ilə əməkdaşlığı müzakirə edib (FOTO)

Baş prokuror Giorgi Qabitaşvili Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbai ilə görüşüb. 24News.ge xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Agentliyin məlumatına görə, tanışlıq görüşündə tərəflər iki ölkənin səlahiyyətli qurumları arasında cinayət hüququ sahəsində sıx və səmərəli əməkdaşlıqdan danışıb, qarşılıqlı əməkdaşlığı gələcəkdə daha da dərinləşdirməyə hazır olduqlarını bildiriblər. Baş Prokurorluqda keçirilən görüşdə Gürcüstan baş prokurorunun müavini Natia Merebaşvili, beynəlxalq əlaqələr və hüquqi təminat şöbəsinin müdiri İrakli Çilinqaraşvili və Türkiyə səfirliyinin Konsulluq şöbəsinin müdiri Boran Can Koçboğan iştirak ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989