Haqqımızda Reklam
01 
Avq
2024
20:18
51
14
1817

Sarvan dağlarında Sarvan el bayramı baş tutub (FOTO)

Hər il olduğu kimi, bu il avqustun 1-də Zalqa bələdiyyəsində yerləşən Sarvan dağlarında Sarvan el bayramı baş tutub. 24News.ge xəbər verir ki, tədbirdə müxtəlif kənd və şəhərlərdən gələn qonaqlar iştirak ediblər. İştirakçılar arasında Marneuli meri Kənan Ömərov, parlamentin üzvü Zaur Darğallı, bələdiyyə məclisinin sədri Amiran Qiorqadze, bələdiyyə üzvləri və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən mer və yerli hökumət nümayəndələri bu kimi şənliklərin milli adət-ənənələrin qorunması üçün əhəmiyyətli olduğunu bildiriblər. El bayramında at yarışları təşkil edilib, süfrə açılıb, aşıq havaları və digər milli musiqilər ifa olunub. Məlumat üçün bildirək ki, Sarvan el bayramı ənənəvi olaraq hər il 1 avqust tarixində keçirilir. Həmin gün çadırlar qurulur, süfrələr açılır, vətənpərvərlik şeirləri və milli musiqilər səsləndirilir. Sarvan el şənliyinin məqsədi Sarvan sakinlərinin əsrlər ərzində yaşadıqları həyat tərzini canlandıraraq yeni nəsilə ötürməkdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989