Haqqımızda Reklam
19 
Iyn
2024
15:02
21
3
701

Səfir Avropa İttifaqının ABŞ-ın viza məhdudiyyətləri ilə bağlı mövqeyini bölüşəcəkmi sualına cavab verib

"ABŞ vahid dövlət olduğu üçün, qərarlarda daha sürətli hərəkət edə bilir və bizim istifadə edə biləcəyimiz alətlər çox fərqli olur". 24News.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə müsahibəsində Aİ-nin ABŞ-ın viza məhdudiyyətləri ilə bağlı mövqeyini bölüşəcəkmi sualına cavabına bildirib. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları Avropa İttifaqının yaxın və həmfikir tərəfdaşıdır: “Biz bütün məsələlərdə mövqelərimizi əlaqələndirməyə çalışırıq. Bununla belə, biz çox fərqliyik və istifadə edə biləcəyimiz alətlər açıq-aşkar səbəblərə görə çox fərqlidir: Amerika Birləşmiş Ştatları vahid dövlətdir, Avropa İttifaqı isə 27 suveren ölkədən ibarət hökumətlərarası təşkilatdır. Bəzən ABŞ bizdən daha sürətli hərəkət edə bilər. Amma bir daha təkrar edəcəyəm, biz koordinasiya edirik, məlumat mübadiləsi aparırıq, lakin bizim hərəkətlərimiz adətən eyni olmur və onların eyni olmasına ehtiyac yoxdur”. O, həmçinin qeyd edib ki, Avropa İttifaqı (Aİ) Gürcüstanla münasibətlərin ən çətin dövrünü yaşayır: “Biz dəfələrlə demişik ki, “Xarici təsir haqqında" qanun Gürcüstanın Avropa istəklərinə pis təsir edəcək. Aİ gələn həftə bu mövzunu əvvəlcə xarici işlər nazirləri səviyyəsində, bir neçə gün sonra isə liderlər səviyyəsində müzakirə edəcək. Bu qanuna cavab olaraq hansı tədbirləri görəcəyimizə prezidentlər və baş nazirlər qərar verəcək”, - deyə səfir Pavel Herçinksi bildirib. Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Robin Dunniqan müsahibəsində “vizası olan şəxslərə vizalarının artıq etibarlı olmadığı barədə açıqlama verib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989