Haqqımızda Reklam
19 
Iyn
2024
14:15
27
12
394

Rusiya və Şimali Koreya strateji tərəfdaşlıq sazişi imzalayıb

Rusiya və KXDR ölkə liderləri Vladimir Putin və Kim Çen Inın iştirakı ilə keçirilən Rusiya-Koreya danışıqlarının yekunlarına əsasən, hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. 24News.ge xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, yeni sənəd beynəlxalq hüququn bütün fundamental prinsiplərinə uyğun olacaq, heç bir qarşıdurma xarakteri daşımayacaq və heç bir ölkəyə qarşı yönəlməyəcək, əksinə, Şimal-Şərqi Asiya regionunda daha böyük sabitliyin təmin edilməsinə yönələcək. Vladimir Putinin sözlərinə görə, sənəd uzun illər iki ölkə arasında münasibətlərin əsasını təşkil edəcək. O qeyd edib ki, yeni strateji tərəfdaşlıq sənədi 1961-ci il Dostluq və Qarşılıqlı Yardım Sazişini, 2000-ci il Dostluq və Mehriban Qonşuluq Sazişini, 2000 və 2001-ci il Moskva və Pxenyan Bəyannaməsini əvəz edəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Rusiya və Şimali Koreya arasında imzalanan strateji tərəfdaşlıq sazişi təcavüz halında qarşılıqlı yardımı da nəzərdə tutur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989