Haqqımızda Reklam
11 
Iyn
2024
20:02
5
29
490

Papuaşvilidən kəskin sözlər: "Donor təşkilatlar Gürcüstanda terroru adi hala çevirirlər"

"Bu gün mövcud əksər donorlar Gürcüstanda terror təhlükəsi deməkdir". 24News.ge xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib. Onun sözlərinə görə, son bir neçə gündə Avropa İttifaqı büdcəsindən maliyyələşən üç QHT-nin nümayəndələri parlament üzvlərini hədələyib, təhdid və təhqirlə məruz qoyub, deputata hücum ediblər: “Donor təşkilatları maliyyələşdirdikləri təşkilatların siyasi ekstremizmini görmədiklərini iddia edərək Gürcüstanda terroru adi hala çevirirlər. Görünür ki, guya “qəzəblənmiş vətəndaşlar”ın iştirakı ilə media üçün səhnələşdirilən bu "teatr" əslində məqsədlidir. Bu Avropa adına həyata keçirilən siyasi motivli terror kampaniyasıdır”, - deyə Papuaşvili sosial şəbəkədəki səhifəsində yazıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989