Haqqımızda Reklam
28 
May
2024
21:28
37
7
696

Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub (FOTO)

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Tbilisi şəhərində 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub. 24News.ge xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, eləcə də ölkədəki diplomatik korpusun nümayəndələri, gürcü və azərbaycanlı ictimaiyyət nümayəndləri iştirak ediblər. Tədbiri giriş sözü ilə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev açaraq 1918-ci ildə əldə edilən müstəqillik və bugünkü uğurları, işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq işləri barədə tədbir iştirakçılarına məlumat verib. Gürcüstan-Azərbaycan əlaqələrindən söz açan səfir bildirib ki, Azərbaycanın həyata keçirdiyi kompleks inkişaf strategiyasında Gürcüstanla münasibətlər müstəsna əhəmiyyətə malikdir. Parlamentin sədri Şalva Papuaşvili isə öz növbəsində çıxışı zamanı Azərbaycanla Gürcüstan arasında dostluğun önəmini qeyd edib. Parlamentlərarası əlaqələrin hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq sadəcə iqdisadi əlaqələrlə bitmir, regional sülh və rifahın təmin edilməsi istiqamətində də, sıx əməkdaşlıq davam etdirilir. Qeyd edək ki, sonda tədbir iştirakçılarına Azərbaycan xalqının milli musiqiləri və milli mətbəxinin ləziz təamları təqdim edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989