Haqqımızda Reklam
28 
May
2024
21:00
32
39
1518

Baş nazir brifinq keçirərək qəbul olunan qanunla bağlı iradlara cavab verib...

"Sonda hər kəs bununla barışmalıdır ki, Gürcüstan parlamenti xalqın iradəsinə uyğun hərəkət edib”. 24News.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə deyib. O bildirib ki, sanksiyalar mövzusu hakim komanda üçün ciddi deyil və “heç kim gürcü xalqının seçdiyi hökuməti cəzalandıra bilməz: “İlk növbədə hər kəsdən praqmatik yanaşma gözləyirəm. Praqmatizm vacibdir. Sonda hər kəs Gürcüstan parlamentinin xalqın iradəsinə uyğun fəaliyyət göstərməsi ilə barışmalıdır. Bu qanuna qarşı heç bir arqument yoxdur. Qanun tək şeyi nəzərdə tutur və bu, ildə bir dəfə bəyannamə təqdim etməkdir. Belə bir qanuna qarşı heç bir arqumentin olması mümkün deyil”. Baş nazir bildirib ki, dəfələrlə qanunun əleyhdarlarına birgə ictimai müzakirə təklif olunub, lakin onlar istəməyiblər. Sonda İrakli kobaxidze bildirib ki, 2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün bütün namizəd ölkələrdən daha yaxşı hazır olacaq və ləyaqət, müstəqillik, suverenlik və azadlıqla Avropa İttifaqının üzvü olacaq. Qeyd edək ki, bu gün ölkə parlamenti Prezident Salome Zurabişvilinin "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib və qanunu qəbul edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989