Haqqımızda Reklam
28 
May
2024
14:50
27
12
1422

Balıq ovu ilə məşğul olanların nəzərinə: cərimələr artırılır...

Hüquq Məsələləri Komitəsi “İnzibati Xətalar Məcəlləsi”nə balıq ovu və Qara dənizin çirklənməsi məsələlərinə aid dəyişikliyi birinci oxunuşda nəzərdən keçirib və dəstəkləyib. 24News.ge xəbər verir ki, qanun layihəsinə əsasən, məcəlləyə balıqçılıq silahlarının mülki dövriyyəsini tənzimləyən maddə əlavə edilib. Maddənin birinci hissəsi mülki dövriyyəyə buraxılmış balıq ovlayan elektrik vurma qurğusunun qanunsuz əldə edilməsi, saxlanması, aparılması, başqasına verilməsi və özgəninkiləşdirilməsi hallarını tənzimləyir. Qeyd olunan tələblərin pozulmasına görə cərimə 1000 lari məbləğində və silahların müsadirə edilməsi ilə müəyyən edilir. 2-ci, 3-cü və 4-cü dəfə əməlin təkrar törədilməsi zamanı cərimə məbləği 2000, 3000, və 6000 lari və silahın müsadirəsi ilə nəticələnəcək. Layihəyə əsasən gəmidən və digər yerlərdən zərərli, çirkləndirici maddələrin, istehsalat, texniki və ya digər növ tullantıların və ya materialların dənizə tökülməsi, atılması, habelə onların basdırılması qaydalarını pozaraq dənizi çirkləndirmək - 65 000 lari deyil, 100 000 lari ilə nəticələnəcək. Qeyd edək ki, qanun layihəsinin müəllifi Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi, təşəbbüskarı isə Gürcüstan hökumətidir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989