Haqqımızda Reklam
16 
May
2024
13:01
49
7
1304

Ölkədəki siyasi gərginlik fonunda baş nazir Türkiyəyə yola düşüb

Baş nazir İrakli Kobaxidze Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb. 2News.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb. Məlumata əsasən, Gürcüstan hökumətinin başçısının rəsmi qarşılanma mərasimi Türkiyə prezidentinin sarayında keçiriləcək. İrakli Kobaxidzeni Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək. Bildirilir ki, səfər çərçivəsində təkbətək və geniş tərkibdə görüşlər olacaq, bundan sonra iki ölkə liderləri mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989