Haqqımızda Reklam
15 
May
2024
21:45
35
16
1037

Baş nazir Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri ilə görüşüb

Baş nazir İrakli Kobaxidze Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri ilə görüşüb. 2News.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb. Onların məlumatlarına görə, görüşdə Gürcüstanın Avropaya inteqrasiya prosesinə və bu yolda ölkənin əldə etdiyi irəliləyişlərə toxunulub. Aİ-yə namizəd ölkə statusu verildikdən sonra Gürcüstan üçün üzvlük danışıqlarının başlanmasının vacibliyi vurğulanıb. Görüşdə Gürcüstan hökumətinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində səyləri qeyd edilib və bu yolda beynəlxalq tərəfdaşların dəstəyinin rolu vurğulanıb. Baş nazir bildirib ki, Gürcüstan istər demokratiya, istər qanunun aliliyi, istər insan haqları, istərsə də iqtisadi inkişaf tempi kimi bütün sahələrdə namizəd ölkələr arasında liderdir və buna Avropa İttifaqı müvafiq addımlarla cavab verməlidir. İclasda “Xarici təsirin şəffaflığı haqqında” qanuna diqqət yetirilib. Baş nazir hökumətin hələ də qanunla bağlı əsaslı rəyləri dinləməyə və müzakirələr nəticəsində veto proseduru çərçivəsində hüquqi iradları qanunda əks etdirməyə hazır olduğunu vurğulayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989