Haqqımızda Reklam
15 
May
2024
21:36
65
23
1137

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar (VİDEO)

Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri “Xarici təsirin şəffaflığı” qanununa etiraz aksiyasına qoşulublar. 24News.ge xəbər verir ki, parlamentə doğru yürüşdə onlar da iştirak ediblər. Avropalı siyasətçilərin Rustaveli prospektində görünməsi vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb. Qeyd edək ki, Gürcüstana səfəri çərçivəsində dörd ölkənin xarici işlər nazirliklərinin rəhbərləri artıq Prezident Salome Zurabişvili, Baş nazir İrakli Kobaxidze, eləcə də parlamentin sədri Şalva Papuaşvili, müxalifət və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989