Haqqımızda Reklam
15 
May
2024
14:45
81
18
2492

NATO Gürcüstan hökumətinə çağırış edib

NATO Gürcüstan hökumətinə ölkədəki siyasi vəziyyətlə bağlı çağırış edib. 24News.ge xəbər verir ki, bu barədə NATO-nun mətbuat katibi Fərəh Dakhlallah "X" hesabında paylaşım edib. NATO sözçüsü öz paylaşımında qeyd edib: "Gürcüstan hökumətinin “xarici agentlər” adlı qanunu qəbul etmək qərarı yanlış istiqamətdə atılmış addımdır və Gürcüstanı Avropa və Avro-Atlantik inteqrasiyadan daha da uzaqlaşdırır. Biz Gürcüstanı kursu dəyişməyə və dinc etiraz hüququna hörmət etməyə çağırırıq".

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989