Haqqımızda Reklam
19 
Apr
2024
23:38
59
18
1153

Tələbələr Qəhrəmanlar Meydanında and içiblər: "Qanun qəbul edilməyəcək"

Müxtəlif universitetlərdə təhsil alan tələbələr Parlament və Ədliyyə Evi önündə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası keçiriblər. 24News.ge xəbər verir ki, ilk öncə Parlament qarşısına toplaşan mitinq iştirakçıları Rustaveli prospektində yolu bağlayıblar, daha sonra eyni hal Ədliyyə evi önündə də yaşanıb. Tələbələr sonra Qəhrəmanlar Meydanına üz tutub, burada and içərək bildiriblər ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul olunmasına izin verməyəcəklər: “Biz, Gürcüstan vətəndaşları, gürcü vətənpərvərləri, onların xatirəsini ehtiramla yad etmək və ruhları qarşısında and içmək üçün buraya, Qəhrəmanlar Meydanına toplaşmışıq. And içirəm ki, onların canı bahasına əldə etdiyimiz azadlıqdan heç vaxt əl çəkməyəcəyik! And içirəm ki, ölkəmizi ölkəmizin düşməni Rusiyaya verməyə çalışan güclə heç vaxt barışmayacağam. Biz bir-birimizin yanında olacağıq və Gürcüstanın dövlətçiliyini, dilimizi, mülkümüzü, birliyimizi qoruyacağıq! And içirəm, and içirəm, and içirəm! Yaşasın müstəqil və vahid Gürcüstan!” – deyən tələbələr Qəhrəmanlar meydanında sözügedən andı birgə səsləndiriblər. Qeyd edək ki, gənclər and içdikdən sonra Gürcüstanın dövlət himnini səsləndirərək, aksiyanı sona çatdırıblar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989