Haqqımızda Reklam
19 
Apr
2024
22:15
54
10
526

Rus işğalçıları tərəfindən saxlanılan Gürcüstan vətəndaşları azad edilib

Bir neçə gün bundan öncə işğal olunmuş ərazidə rus işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Tamaz Etsadaşvili, Otar Teraşvili və Valeri Gunaşvili azad olunub. 24News.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata əsasən, qanunsuz olaraq saxlanılmış vətəndaş artıq Gürcüstanın nəzarəti altında olan ərazidədir. Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib ki, mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işləməyə davam edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989