Haqqımızda Reklam
19 
Apr
2024
21:05
48
11
447

"Açıq şəkildə deyirəm ki, səsə qoyulan qanun layihəsi Gürcüstanı Avropa İttifaqına yaxınlaşdırmır" - Mişel

"Namizəd ölkə əsas prinsiplərə və dəyərlərə uyğun olmayan qanun layihələrinə səs verərsə, bu, üzvlük prosesinə öz təsirini göstərəcək". 24News.ge xəbər verir ki, bu sözləri Avropa Şurasının prezidenti Şarl Mişel Euronews telekanalına müsahibəsində deyib. Mübahisəli qanun layihəsi nəticəsində Gürcüstanın Aİ-yə üzvlük prosesinin dondurulub-dondurulmayacağı barədə danışan Mişel qeyd edib ki; "Aİ standartlarına zidd olan istənilən qərar, Brüsselin namizəd ölkənin şanslarını necə dəyərləndirməsinə təsir edəcək. Genişlənmə prosesi ləyaqətə əsaslanan prosesdir və namizəd ölkələr, o cümlədən Aİ-yə qoşulmaq istəyənlər üçün əsas məqam onların ümumi əsas prinsip və dəyərlərə hörmət etmələridir. Əgər onlar bu prinsiplərə və dəyərlərə uyğun gəlməyən qanun layihələrinə səs verirlərsə, bu prosesə öz təsirini göstərir”, - deyə Mişel qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989