Haqqımızda Reklam
19 
Apr
2024
17:01
31
6
1286

DTX Rusiyanın Abxaziyada inşa etdiyi limanla bağlı xəbərdarlıq edib

Rusiya Oçamçiredə hərbi dəniz limanı inşa edərsə, Abxaziyadan Qara dənizin hərbi-strateji nəzarəti üçün əlavə rıçaq kimi istifadə edəcək. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin parlamentə təqdim etdiyi 2023-cü il üzrə hesabatında bildirilib. Qeyd olunub ki, Oçamçirenin su sahəsinin kiçik olması və hazırkı infrastruktur şərtləri nəzərə alındıqda limandan Rusiya donanmasının irihəcmli hərbi gəmiləri üçün istifadə edilməsi ehtimalı yoxdur. Əlavə olunub ki, 2023-cü il ərzində limanda və onun ətrafında vacib infrastruktur işlərinin aparılması müşahidə edilməyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989