Haqqımızda Reklam
19 
Apr
2024
16:10
30
7
287

NATO “Xarici təsirlərin şəffaflığı" haqqında qanununun Gürcüstan parlamentində qəbul edilməsindən narahatdır

NATO “Xarici təsirlərin şəffaflığı haqqında qanununun Gürcüstan parlamentinin birinci oxunuşundan keçməsindən narahatdır. 24News.ge xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina “X” platformasındakı paylaşımında bildirib. O, açıqlamasında belə qeyd edib: “NATO Tbilisidə birinci oxunuşdan keçən qanun layihəsindən narahatdır. NATO namizədi olaraq Gürcüstan üçün əsas məsələ media azadlığını və vətəndaş cəmiyyətinin iştirakını təmin etmək üçün düzgün çərçivəyə malik olmaqdır. Bu qanun layihəsi geriyə doğru bir addımdır və Gürcüstanın Avro-Atlantik inteqrasiyasını irəli aparmır". Məlumat üçün bildirək ki, Ölkə parlamenti hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda dəstəkləyib. Məlumat üçün bildirək ki, qanun layihəsi “şəffaflığın təmin edilməsi məqsədilə” büdcəsinin 20%-dən çoxu xaricdən maliyyələşən QHT-lərin və media orqanlarının “xarici qüvvələrin maraqlarını həyata keçirən” hüquqi şəxs kimi reyestrdən keçməsi şərtini qoyur. Layihəyə əsasən, reyestrdən keçən hər bir təşkilat illik büdcə bəyanatı verməlidir. Hakim “Gürcü Arzusu” partiyası sözügedən qanun layihəsini aprelin 3-də parlamentə təqdim edib. Gürcüstanın əksər vətəndaş cəmiyyəti təşkilatları, ABŞ və Aİ də daxil olmaqla Qərb tərəfdaşları qanun layihəsinin qəbul edilməsinin əleyhinə çıxış edir. Paytaxt Tbilisidə bir neçə gündür etiraz aksiyaları keçirilir. Qeyd edək ki, qanun layihəsinin qüvvəyə minməsi üçün parlamentdə daha iki dinləmədən keçməlidir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989