Haqqımızda Reklam
18 
Apr
2024
17:05
46
11
5036

24Kargo-dan möhtəşəm kampaniya - Dostunuzu dəvət edin, Bizdən qazanc əldə edin

Sərfəli və güvənli karqonuz olan 24Kargo şirkəti sizə qazandırmağa davam edir. 24News.ge xəbər verir ki, şirkət daha bir yeniliyə imza atıb. Belə ki, 24Kargo.ge saytında şəxsi hesabınızdakı Partnyorlarım bölməsində olan promo kod linki ilə dostlarınızı dəvət etdiyiniz zaman, həmin dostlarınız alış-veriş etdiklərində sizin balansınıza müəyyən vəsait toplanacaq. Şirkətin rəhbəri Azər Məmmədov xəbər portalımıza müsahibəsində bildirib ki, sözügedən tətbiq müştərilərə əlavə qazanc əldə etmək imkanı verəcək: "Bilirsiniz ki, 24Kargo şirkəti bölgədə ən sərfəli qiymətlərlə fəaliyyət göstərir. Bundan başqa hər ay müxtəlif hədiyyə kampaniyalarımız olur. Düşündük ki, müştərilərimiz üçün daha bir yenilik gətirək. Belə ki, yeni təklifimizə əsasən, müştərilərimiz öz promo kodları vasitəsi ilə dəvət etdikləri hər bir partnyorun alış-verişindən 3% məbləğdə qazanc əldə edəcəklər. Beləliklə müşətrilərimiz həm öz alış-verişlərini edəcəklər, həm də dəvət etdiyi insanların ticarətindən əlavə gəlir əldə edəcəklər. Bizim əsas hədəfimiz şirkətin uğuru ilə birgə, həm də müştərilərin məmnunluğudur", - deyə Azər Məmmədov bildirib. 24Kargo.ge saytından promo kodu necə əldə edəcəyiniz aşağıda şəkildə göstərilib. Qeyd edək ki, 24Kargo ilə bağlı daha ətraflı məlumat almaq üçün 514 26 24 24 qaynar xətti ilə istər WhatsApp üzərindən istərsə də zəng vasitəsi ilə suallarınızı ünvanlaya bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989