Haqqımızda Reklam
12 
Sen
2019
12:12
3
1
563

Gürcüstan, Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi keçirilir

Gürcüstanda Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yay dağ hazırlığı təlimi keçirilir. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Besik Kutataladze adına Saçxere dağ hazırlığı təlim mərkəzində təşkil olunan təlimdə Gürcüstanın 3, Azərbaycan və Türkiyənin isə, ümumilikdə, 13 hərbçisi iştirak edir. Təlim çərçivəsində hərbçilər müxtəlif praktiki tapşırıqlar yerinə yetirirlər. İştirakçılar təbii divara dırmanma, çayı keçərkən maneələrin dəf olunması, təxliyyənin təşkili və tibbi qaydaları öyrənirlər. Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq çərçivəsində keçirilən təlim kursuna sentyabrın 16-da yekun vurulacaq. Kursu başa vuran hərbçilərə sertifikatlar təqdim olunacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989