Haqqımızda Reklam
12 
Sen
2019
11:37
2
0
601

Metyu Brayza: "ABŞ-da bu hərəkətə görə onu həbs edərdilər"

Amerikalı diplomat Metyu Brayza iki gün əvvəl Tbilisidə baş tutan Beynəlxalq konfransda "Vətənpərvərlər Alyansı" partiyasının liderlərindən olan İrma İnaşvili və konsfransın təşkilatçıları arasında yaşanan mübahisəni şərh edib. 24News.ge xəbər verir ki, Metyu Brayza İrma İnaşvilinin hərəkətlərini tənqid edərək, bu hərəkət ABŞ-da baş versəydi onu həbs edərdilər, deyə bildirib. "Konfransda Rusiya məsələsi müzakirə edildiyi zaman İrma İnaşvili zala daxil olaraq konafransın təşkilatçılarını təhqir edərək, təşkilatçılardan biri olan Nino Evqenidzeyə fiziki təzyiq göstərib. Bu hadisə bizim ölkədə (ABŞ-da) baş versə idi onu həbs edərdilər",-deyə M.Brayza vurğulayıb. Qeyd edək ki, İ.İnaşvili öz növbəsində konfransın təşkilatçılarından və ABŞ-ın keçmiş dövlət katibin məsləhətcisi Devid Kremerden üzr gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989