Haqqımızda Reklam
03 
Apr
2024
15:23
46
5
1784

Parlamentdə deputatlar arasında qarşıdurma yaşanıb (VİDEO)

Ölkə parlamentinin bugünkü sessiyası deputatlar arasında qarşıdurma ilə başlayıb. 24News.ge xəbər verir ki, müxalif "Vətəndaşlar" partiyasından olan deputat Aleko Elisaşvili hakim "Gürcü Arzusu" partiyasının "xarici agentlər" haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsinin hər kəsə qarşı təhqir olduğunu və bunun "Rusiya qanunu" olduğunu deyib. Elisaşvilinin bəyanatını hakim partiyadan olan deputatlar etirazla qarşılayıblar. Parlament fraksiyasının sədri Mamuka Mdinaradze müxalifət deputatlarından sözügedən qanunun niyə “Rusiya” adlandırıldığını və maliyyə bəyannaməsinin nə üçün “Rusiya məsələsi” olduğunu izah etməyi istəyib, bu isə daha sonra qarşıdurmaya çevrilib. Parlament sədri Şalva Papuaşvili deputatların "Rusiya qanunu" sözündən istifadə etməmələrini tələb edib və bir neçə dəqiqəlik texniki fasilə elan edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989