Haqqımızda Reklam
03 
Apr
2024
13:24
49
4
2552

"Oğru dünyası" ilə əlaqəli 8 nəfər saxlanılıb (VİDEO)

Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları məhkəmənin qərarı ilə "Oğru dünyası" ilə əlaqəli Tbilisi, Rustavi və Çxorotskuda 8 nəfəri həbs ediblər. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumdan verilən məlumata görə, sözügedən şəxslər “oğrular aləmi”nə üzv olmaq, “oğrular toplantısında iştirak etmək”, “oğrular aləmi”nin fəaliyyətinə dəstək olmaq, “oğru dünyasının üzvünə müraciət etməkdə ittiham olunurlar. Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri intensiv istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, xarici ölkə vətəndaşı arasında tikinti biznesi zəminində maliyyə mübahisəsi yaranıb. Mübahisəli məbləğ 130.000 lari təşkil edib. Şirkətin əməkdaşı xarici ölkə vətəndaşına kömək edəcəyinə söz verib və pulu “oğru” üsulla çıxarmaq üçün kriminal avtoritetlərə müraciət edib. Kriminal avtoritetlər işə “qanuni oğruları” – Nika Gitolandiya və Nodar Şukakidzeni cəlb ediblər. Bundan sonra onlar “oğru hesablaşması” təşkil edərək mübahisə edən tərəflərdən birinə digər tərəfə, həm də onların xeyrinə müəyyən müddət ərzində müəyyən məbləğdə pul ödəməyi tapşırıblar. Təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış nəticəsində onların bir-biri ilə və xaricdəki “qanuni oğru”larla əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonlar maddi sübut kimi götürülüb. Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxsləri 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989