Haqqımızda Reklam
03 
Apr
2024
13:02
36
8
1394

Ombudsman: "Azərbaycan dili dərsliyinin Gürcüstanın təhsil sistemi ilə müəyyən uyğunsuzluqları var"

Gürcüstanın insan haqları müvəkkili (Ombudsman) Levan İoseliani insan haqları və azadlıqlarının müdafiəsinə dair 2023-cü il üzrə parlament hesabatını təqdim edib. 24News.ge xəbər verir ki, hesabatda Azərbaycandan Gürcüstanın azərbaycandilli məktəblər üçün Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin göndərməsi ilə bağlı qeydlər yer alıb. Hesabata görə, Azərbaycan tərəfindən Gürcüstana göndərilən dərsliklər Ermənistanın təmin etdiyi dərsliklərdən fərqli olaraq köhnə deyil. Bununla belə hesabatda dərsliklərin Gürcüstanın təhsil sistemi ilə müəyyən uyğunsuzluqlarının olduğu qeyd olunub. Bildirilib ki, Azərbaycandan göndərilən 1-ci siniflər üçün nəzərdə tutulmuş Azərbaycan dili dərsliyinin əlifbanın tədrisi ilə başlamaması müəyyən çətinliyə səbəb olur. Belə ki, Gürcüstandan fərqli olaraq Azərbaycanda 1-ci sinif şagirdləri əlifbanı məktəbəqədər hazırlıq dövründə öyrənilər. Qeyd edək ki, 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün Azərbaycan tərəfindən dərsliklər göndərilir. Bugünədək Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı azərbaycandilli məktəblərə ümumilikdə 600 mindən çox dərslik və digər metodik vəsait göndərilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989