Haqqımızda Reklam
03 
Apr
2024
12:02
37
7
865

Dmanisi bələdiyyəsinin Təzəgödəkdağ kəndində iftar süfrəsi təşkil olunub (FOTO)

Dmanisi bələdiyyəsinin Təzəgödəkdağ kəndində Dmanisi meriyası və Bütün Gürcüstan Müsəlmanları İdarəsinin birgə təşkilatçılığ ilə iftar süfrəsi təşkil olunub. 24News.ge xəbər verir ki, mərasim müqəddəs Qurani-Kərimdən ayələrin və iftar duasının oxunması ilə başlayıb. Tədbirdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov və digər din xadimləri, Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, Dmanisi, Bolnisi və Marneuli rayonlarının merləri Koba Muradaşvili, David Şerazadişvili və Kənan Ömərov, Dmanisi merinin müavini Arif Süleymanov, Dmanisi bələdiyyəsinin sədri Paata Kuliaşvili, Gürcüstanın Vətəndaş Bərabərliyi və Barışıq nazirinin müşaviri Anar Süleymanov, Türkiyənin Gürcüstandakı Səfirliyinin dini işlər müşaviri Mahmut Göl, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin birinci katibi Anar Rəsulov, Dmanisinin azərbaycanlılar yaşayan 40 kəndinin sakinləri və digər bölgələrdən olan əhali iştirak edib. Çıxış edən natiqlər Ramazan ayı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, bu böyük ayın mahiyyətindən, İslam aləmində önəmindən söhbət açıblar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989