Haqqımızda Reklam
02 
Apr
2024
22:06
28
23
2905

Ərini qətlə yetirən qadın saxlanılıb (VİDEO)

Samtrediada ərini öldürən 29 yaşlı qadın polis tərəfindən saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumun məlumatına görə, istintaq zamanı məlum olub ki, ailə daxili münaqişə zəminində qadın 1987-ci il təvəllüdlü həyat yoldaşına soyuq silahla xəsarətlər yetirib. Yaralı aldığı xəsarətlər nəticəsində yerindəcə dünyasını dəyişib. Faktla bağlı istintaq başladılıb, saxlanılan şəxsi 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989