Haqqımızda Reklam
02 
Apr
2024
22:00
38
5
717

Mastercard-ın Maliyyə Təhsili adlı layihəsi Kvemo Kartlidə davam edir

2024-ci ilin fevral ayında Mastercard-ın Maliyyə təhsili layihəsinin icrası Samtsxe-Cavaxetidən başladı. O, bir il ərzində, Gürcüstanın dörd müxtəlif regionunu əhatə edəcək. 2024-ci ilin aprel ayından, layihə Kvemo Kartlidə davam edir. Təşəbbüsün məqsədi etnik və dini azlıqları maliyyə təhsili haqqında maarifləndirmək,maliyyə ədəbiyyatının əlçatanlığını artırmaq, mikro, kiçik və orta biznes sahibkarlarını gücləndirmək və effektiv maliyyə idarəetməsi üçün lazimi bilik və ya bacarıqlarla təmin etməkdir. Aprel və may aylarının şənbə-bazarı ərzində, mikro, kiçik və orta sahibkarlar üçün (MSMEs) biznesin idarəedilməsi və maliyyə modulu haqda görüşlər Marneulidə, Demokratik Mülki Məşğulluq Mərkəzində keçiriləcəkdir. İştirakçılar, 10 mühazirə ərzində,biznesin idarəedilməsi və maliyyə ilə bağlı bir çox mövzularla tanış olacaqlar.Strateji planlaşdırma, marketinq, əməliyyatlar, maliyyə və insan resursları haqqında daha dərin bilik əldə edəcəklər. Həmçinin, onlara effektiv biznes planların işlənilməsinə, öz bizneslərini düzgün hesablamağı və planlaşdırmağa, onların unikal şəraitini nəzərə alaraq uğurlu marketinq strategiyalarının işlənib hazırlanmasına şərait yaradılacaqdır. Mastercard-ın biznesin idarəedilməsi və maliyyə moduluna Gürcüstanın Milli Bankıda qoşulacaqdır.Maliyyə təhsilinin yüksəldilməsi Gürcüstan Milli Bankının əsas prioritetlərindən biridir. Bu istiqamətdə, Milli bank maraqlanan şəxslərin məşğulluğu və dəstəyi ilə, bir sıra layihələr və ya fəallıqlar həyata keçirib.Onlardan biri maliyyə təhsili platforması olan FinEdu.gov.ge-dır.Burada maliyyə təhsili mövzüsunda mövcüd olan lazimi məlumatlar yerləşdirilib.Hal-hazırda, Gürcüstan Milli Bankı, Marneuli sakinləri üçün maraqlı, məlumat ilə zəngin olan və ən əsası onların ehtiyaclarına uyğun layihələr təklif edəcək. Əlavə olaraq, maliyyə təhsili adlı layihənin digər bir tərəfdaşı Liberity bankdır. Nəzərinizə çatdırmaq istəyirik ki, ötən ay, Mastercard və Liberity bank arasında əməkdaşlıq memorandumu imzalanıb. Maliyyə institutları ölkədə maliyyə təhsilinin gücləndirilməsi kimi ümumi məqsəd ətrafında birləşiblər. Malliyə təhsili layihəsinin daha bir dəstəkçisi vətəndaş platforması olan “Salam”-dır.Bu qeyri-hökümət təşkilatı Gürcüstanda etnik və dini azlıqlar tərəfindən yaranıb. “Salam”-ın missiyalarından biri etnik azlıqların mədəni irsini, tarixini və kimliyini qoruyub saxlamaqdır. “Salam” Maliyyə təhsili layihəsi çərçivəsində biznesin idarəedilməsi və maliyyə moduluna kommunikasya dəstəyini təmin edəcəkdir Mastercard-ın unikal layihəsi, “Birlik müxtəliflikdədir” proqramı çərçivəsində yaradılıb.Proqram ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Gürcüstanın BMT Assosiasiyası (UNA Georgia) tərəfindən həyata keçirilir. Mastercard haqqında: Mastercard ödəniş sənayesində texnoloji şirkətdir. Biz, dünyanın ən sürətli proses şəbəkəsini idarə edirik, 210-dan çox ölkədə biznesi istehlakçılar, maliyyə institutlarını, ticarət şəbəkələri və dövlətlər ilə əlaqələndirik. Mastercard-ın məhsulları və sistemləri gündəlik ticarət fəaliyyətləri olan alış-verişi, ticarəti və maliyyənin idarəedilməsini asanlaşdırır, təhlükəsiz və effektiv edir. Əlavə məlumat üçün daxil olun: www.mastercard.com Nəşr Mastercard tərəfindən “Birlik müxtəliflikdədir” proqramı çərçivəsində hazırlanıb. Proqram, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Gürcüstanın BMT assosiyasiyası tərəfindən həyata keçirilir.Nəşrdə verilmiş baxışlar və fikirlər nəşrin müəlliflərinə məxsusdur və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və Birləşmiş Millətlər Təşkilatının Gürcüstan Assosiasiyasının mövqeyini əks etdirmir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989