Haqqımızda Reklam
12 
Sen
2019
11:21
2
1
878

"Bu, Gürcüstanı məhv edəcək" - Nino Burcanadze

Gürcüstan NATO-ya üzv olmaqla Abxaziya və Cənubi Osetiyanı tam itirəcək. 24News.ge axar-a istinadla xəbər verir ki, bunu Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib. “Mən hər zaman demişəm ki, əgər bizim NATO-ya üzvlüyümüz xəbəri gündəmə gəlsə, Abxaziya və Cənubi Osetiyanı unutmalıyıq. Hazırda bu bizə təklif olunur. Bizim bu alyansa üzvlüyümüz faciəvi nəticələrə səbəb olacaq. Abxaziya və Cənubi Osetiyada Rusiya hərbi bazaları dayanır. NATO-ya üzvlük ərazimizdə alyansın hərbi bazalarının yerləşdirilməsi demək olacaq. Bu qüvvələr arasında istənilən konflikt Gürcüstanı məhv edəcək. Biz bütün ölkələrin qaçdığı hər şeyi edirik, Gürcüstanı iki filin qarşıdurma yerinə çeviririk”, – deyə o bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989