Haqqımızda Reklam
19 
Mar
2024
11:59
57
10
4347

Tbilisidə yeni salınan zoopark nəvaxt istifadəyə veriləcək?

"Tbilisi dənizinin yaxınlığında 48 hektar ərazidə yeni salınan zooparkda işlərin 70% bitib, geridə qalan işlər isə bir il ərzində tamamlanacaq". 24News.ge xəbər verir ki, bu barədə Tbilisi zooparkının direktoru Zurab Qurielidze məlumat verib. Onun sözlərinə görə, hazırkı mərhələdə heyvanların mövcud zooparkdan yenisinə köçürülməsi və quşxanaların təşkili işləri aparılır: “Ümid edirik ki, ilin sonuna kimi əsas işləri başa çatdıracağıq və zoopark açılacaq. Qısa müddətdə bunun reallaşması üçün əlimizdən gələni edirik. Bu mərhələdə heyvanlar addım-addım daşınır, quşxanalar qurulur”. Onun sözlərinə görə, zooparka yeni sakinlər, o cümlədən mövcud zooparkda olmayan növ heyvanlar əlavə olunur: "Yeni zooparkda iki əsas ərazi - Qafqaz və Afrika savannaları olacaq. Qafqazın böyük bir hissəsi köçürülüb. Əsas ekspozisiyalardan biri Qafqaz olacaq. Antiloplar, zebralar, begemotlar, kərgədanlar və zürafələr burada birlikdə yerləşdiriləcək. Artıq qış quşxanasının tikintisi başa çatmaq üzrədir. Zürafələr, kərgədanlar Zebralar, antiloplar və begemotlar üçün tövlələr də tamamlanmaq üzrədir. Yay quşxanasının tikintisinə isə yeni başlanılıb", - deyə Zurab Qurielidze vurğulayıb! Məlumat üçün bildirək ki, 2015-ci il iyunun 13-də paytaxta yağan güclü yağış və təbii fəlakət nəticəsində zooparkın bir hissəsi tamamilə dağılmış, heyvanlar zooparkdan küçələrə çıxmışdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989