Haqqımızda Reklam
12 
Sen
2019
07:09
2
0
547

Qarabağ və Abxaziya münaqişəsinin həlli onlardan asılıdır - Sereteli

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzərində çalışır və biz də bu prosesdə vasitəçilik edirik. Lakin təbii ki, istənilən münaqişənin həlli tərəflərdən asılıdır. 24News.ge xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Sereteli Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla keçirdiyi görüşdə bildirib. O deyib ki, münaqişənin həlli üçün siyasi iradə tələb olunur: “İstər Rusiya-Gürcüstan, istərsə də Dağlıq Qarabağ münaqişəsi regionun ümumi inkişafına mane olur. Buna görə də əsas vəzifə bu münaqişələrin həlli üçün mümkün olan hər şeyi etmək və ATƏT-in bu prosesdə daha fəal iştirakı yollarını axtarıb tapmaqdır”. Görüşdə həmçinin ATƏT PA və Ermənistan arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989