Haqqımızda Reklam
11 
Sen
2019
20:03
0
1
606

Ukraynada silsilə partlayışlar baş verib (VİDEO)

Ukraynanın Vinnitsa vilayətində orduya məxsus silah anbarında silsilə partlayışlar baş verib. Şahidlər ərazidə azı 6 partlayış səsi eşidiblər. 24News.ge Redaktor.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı ölən olmayıb. Yaxınlıqdakı tikililərə ciddi ziyan dəyib. Müdafiə Nazirliyinin açıqlamasına görə, hadisənin baş verdiyi silah anbarında təkrar emal üçün nəzərdə tutulmuş hərbi sursatlar saxlanılıb. Şahidlər partlayışlardan əvvəl ərazidə yanğın baş verdiyini irəli sürüblər. Hadisənin səbəbləri araşdırılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989