Haqqımızda Reklam
11 
Sen
2019
19:55
2
2
539

Salome Zurabişvili: "11 sentyabr terroru və 2977 terror qurbanını xatırlayırıq"

Prezident Salome Zurabişvili 2001-ci ilin 11 sentyabr tarixində ABŞ-ın Nyu-York şəhərində baş verən dəhşətli terror hadisəsi ilə əlaqədar sosial mediada yazıb. 24News.ge xəbər verir ki, ölkə başçısı Twitter vasitəsi ilə 11 sentyabr hadisələrinə fikir bildirib. "18 il əvvəl Nyu-Yorkda baş verən dəhşətli terror Amerikan xalqı və bütün dünyanı silkələdi. 11 sentyabr hadisələri dünyanı terrorizmlə mübarizədə birləşdirdi. Gürcüstan 11 sentyabrın 2977 qurbanını xatırlayır",-deyə S.Zurabişvili qeyd edib. Məlumat üçün qeyd edək ki, on səkkiz il əvvəl, 2001-ci il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində təxminən 3 min insan həlak olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989