Haqqımızda Reklam
26 
Fev
2024
14:06
17
20
5210

Tələbələrin nəzərinə! Sentaybr ayından 2-3 min tələbəyə 4 aylıq...

"Sentyabr ayından 2-3 min tələbəyə 4 aylıq ödənişli təcrübə proqramı təklif ediləcək”. 24News.ge xəbər verir ki, bu barədə təhsil və elm naziri Qiorqi Amilaxvari hökumətin iclası başa çatdıqdan sonra bildirib. Onun qeyd etdiyinə görə, təcrübə proqramı məzunlara şamil olunacaq və bu proqrama gənclər şəffaf müsabiqə əsasında seçiləcəklər: "Biz gənclərə təhsillərini bitirdikdən sonra karyeralarını davam etdirmələri üçün, lazımi şəraiti yaratmağı prioritetlərimizdən biri edirik və bundan sonra da staj-məşğulluq da daxil olmaqla müxtəlif xidmətlər üzrə fəal işə başlayırıq. Bu ilin yayında universiteti bitirənlər üçün müvafiq müsabiqələrə start veriləcək, bu ilin sentyabr ayından isə təcrübə keçməyə başlayacaqlar. Bu, bütün nazirliklərə, o cümlədən bütün nazirliklərin tabeliyindəki qurumlara, eləcə də bütün rayonların bələdiyyələrinə aiddir. Yaxın gələcəkdə bütün dövlət qurumlarında peşə və istiqamətlərdən asılı olaraq işlə təmin oluna biləcək imkanları və yerləri müəyyən edəcəyik, bunun isə təxminən 2-3 min aralığında olacağını hesab edirik. Gənclər gələcək karyera inkişaflarında həvəsləndirilməli və dəstəklənməlidirlər", - deyə Amilaxvari qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989