Haqqımızda Reklam
26 
Fev
2024
13:11
5
66
991

Dövlət və siyasi məmurların narkotik testindən keçmək öhdəliyi olmayacaq

Parlament üzvlüyünə namizədlərin ilkin narkotik testindən keçmək öhdəliyi olmayacaq. 24News.ge xəbər verir ki, çoxluğun parlamentə təqdim etdiyi qanunvericilik dəyişiklikləri paketində nəzərdə tutulub və ona əsasən, dövlət və siyasi məmurlar üçün narkotik testi öhdəliyi ləğv edilir. Gürcüstan prezidentinin, parlament üzvlərinin, nazirlərin, onların müavinlərinin, habelə Gürcüstanın ali nümayəndəlik orqanlarının üzvləri və hökumət üzvlərinin narkotik testi öhdəliyi və bununla bərabər “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunla müəyyən edilmiş narkotik testindən keçməkdən yayınmaya görə müəyyən edilmiş 500 lari cərimə cəzası da ləğv edilir. Layihənin müəllifləri və təşəbbüskarları Parlament deputatlarıdır: - Anri Oxanaşvili, Aluda Ğuduşauri, İrakli Şatakişvili, Davit Matikaşvili, Rati İonatamişvili, Mixeil Sarcveladze, Quram Maçaraşvili və Aleksandre Tabatadze.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989