Haqqımızda Reklam
12 
Fev
2024
18:01
31
5
1021

Türkiyədən Gürcüstana külli miqdarda gümüşün keçirilməsinin qarşısı alınıb

"Sarpi" gömrük-keçid məntəqəsi vasitəsilə Türkiyədən Gürcüstana 4809 qramadək bəyan edilməmiş gümüş-zinət əşyasının keçirilməsinin qarşısı alınıb. 24News.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bildirilir ki, xarici ölkə vətəndaşının fiziki müayinəsi zamanı üzərində 4809 qramadək bəyan edilməmiş gümüş-ziynət əşyası aşkarlanıb və müsadirə edilib. Faktla bağlı Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə əsasən, qanunu pozan şəxsə sanksiya qismində ziynət əşyalarının maddi dəyəri miqdarında cərimə tətbiq edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989