Haqqımızda Reklam
12 
Fev
2024
11:09
34
3
1657

Tbilisidə bir nəfəri qətlə yetirən iki qardaş həbs olunub (VİDEO)

Tbilisinin Avlabari ərazisində 1977-ci il təvəllüdlü şəxsi qətlə yetirən, 1987-ci il və 1985-ci il təvəllüdlü iki qardaş saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, istintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxslər fevralın 11-də Tbilisidə tanışları ilə aralarında yaranan fikir ayrılığı zəminində ona ilk öncə öz evinin yaxınlığında fiziki təzyiq göstərib, daha sonra ov tüfəngindən açılan atəşlə qətlə yetirilib və onlar hadisə yerindən qaçıblar. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxslər “isti izlər”lə yaxalanıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i” bəndi və 236-cı maddəsinin 6-cı hissəsi ilə qrup tərəfindən qəsdən adam öldürmə və bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə-saxlama-daşıma faktları üzrə cinayət işi başladılıb, saxlanılan şəxsləri 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989