Haqqımızda Reklam
12 
Fev
2024
10:53
59
6
1902

Gürcüstanda ölüm nisbətinin çox olduğu klinikalar, dövlət maliyyəsindən kəsiləcək

Ölüm nisbətinin 6%-dən çox olacağı klinikalar, dövlət maliyyəsindən kəsiləcək. 24News.ge xəbər verir ki, bununla bağlı Səhiyyə Agentliyi tərəfindən klinikalara məktub göndərilib. “Geohospital”dan verilən məlumata görə, oxşar məzmunlu məktub onlara da daxil olub və ölümcüllüyün hesablanması mexanizminin metodologiyası ilə bağlı müzakirələr aparılır. Qeyd olunub ki, hansı növ xəstələrin qəbul edildiyini, xəstələrin sağlamlıq vəziyyətinin nə qədər ağır olduğunu nəzərdən keçirmək mühümdür, çünki ağır xəstələrin qəbul edildiyi yerlərdə ölüm halları yüksək olur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989