Haqqımızda Reklam
12 
Fev
2024
10:02
31
2
1989

Rustavidə baş verən silahlı insidentin yeni təfərrüatları məlum olub

Fevralın 10-da Rustavi şəhərinin İstanbul bazarında 4 nəfərin ölümü ilə nəticələnən qanlı hadisənin yeni təfərrüatları məlum olub. 24News.ge xəbər verir ki, şahidlər hadisənin hansı səbəbdən baş verdiyini açıqlayıblar. Onların sözlərinə görə, 36 yaşlı Giorgi Orvelaşvili bir neçə ildir ki, İstanbul bazarında ət satan dayısının yanında işləyib. İki ay bundan öncə onların arasında yaranan mübahisədən sonra, Orvelaşvili oradan ayrılıb. 10 fevral tarixində isə o, bazar ərazisinə gələrək qisas məqsədi ilə dayısına, onun oğuluna və hadisəni sakitləşdirmək istəyən digər iki nəfər ət satıcısına və bir nəfər ət almağa gələn taksi sürücüsünə atəş açıb. Nəticədə 4 nəfər həlak olub, bir nəfər isə yaralanıb. Qeyd edək ki, ötən gün Rustavi Şəhər Məhkəməsində Giorgi Orvelaşvili və qardaşı Qoqita Orvelaşvilinin məhkəmə iclası baş tutub. Hər iki müttəhim barədə həbs qətimkan tədbiri seçilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989