Haqqımızda Reklam
11 
Fev
2024
13:05
50
3
1778

Polşada avtomobillərdən oğurluq edən Gürcüstan vətəndaşları saxalanılıb

Polşada üç nəfər Gürcüstan vətəndaşı oğurluq ittihamı ilə həbs edilib. 24News.ge xəbər verir ki, bu barədə Polşa polisi məlumat yayıb. Məlumata əsasən, saxlanılan şəxslər 35, 36 və 43 yaşlı Gürcüstan vətəndaşlarıdırlar. Bildirilir ki, bir il ərzində saxlanılan şəxslər avtomobillərin təkərlərini qəsdən zədələyərək avtomobillərdən qiymətli əşyalar götürüblər. Faktla bağlı istintaq başladılıb, saxlanılan şəxsləri 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989