Haqqımızda Reklam
11 
Sen
2019
13:35
9
5
3788

Şəxsi avtomobili ilə Azərbaycana gedən Gürcüstan vətəndaşları artıq radara düşür

“Xarici dövlət nişanlı avtomobillər çox zaman Azərbaycan vətəndaşları tərəfindən idarə edilir. Bunlara daha çox xarici ölkələrdə yaşayan azərbaycanlılardır. Onlar yaşadıqları ölkələrdə idarə etdikləri avtomobillərlə Azərbaycana gəlir və sui-istifadə edərək, kobud qayda pozuntularına yol verirlər”. 24News.ge Azerbaycan mətbuatına istinadla xəbər verir ki, Azərbaycanın yol-nəqliyyat eksperti Elməddin Muradlı yerli mətbuata müsahibəsində bildirib. O, deyib ki, əvvəllər həmin şəxslərin törətdiyi qayda pozuntuları cəzasız qala bilirdi. Çünki kamera və radarlar bəzi ölkələrin nömrələrini oxuya bilmirdi. “Xüsusən Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin sayı artıb. Sürücülər bu nömrələrin kamera və radarlara düşmədiyini bildiyi üçün sürət limiti, qırmızı işıq, qoşa xətt və s. qayda pozuntularına yol verirdilər. Sonradan Dövlət Yol Polisinin məlumat mərkəzi təkmilləşdirildi. Xarici dövlət nömrə nişanı olan avtomobillərə cərimələr tətbiq edilməyə başlanıldı. Və indi dəyəri 4-5 min manat, cəriməsi 5-10 min manat olan avtomobillər hələ də cərimə meydançasındadır. Bu səbəbdən də artıq xarici dövlət nömrə nişanlı avtomobil idarə edən sürücülər diqqətli olmalıdır” – deyə ekspert əlavə edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989