Haqqımızda Reklam
02 
Fev
2024
15:38
48
8
2843

Marneulinin əsas körpüsündə aparılan təmir-bərpa işləri başa çatır

Marneuli şəhərinin Rustaveli küçəsində yerləşən Durmuşxan Mağalaşvili adına körpünün bərpa işləri fevralın 5-də başa çatdırılacaq. 24News.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda körpünün infrastrukturunun abadlaşdırılması yekun mərhələsindədir. Körpünün bərpasından sonra, yolun gediş hissəsinin asfaltlaşdırılması aktiv şəkildə davam etdirilir. Qeyd olunur ki, pörpüdə nəqliyyatın hərəkəti bazar ertəsi, fevralın 5-də tam bərpa olunacaq. Məlumat üçün bildirək ki, reabilitasiya layihəsi çərçivəsində, körpünün altındakı infrastruktur da abadlaşdırılacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989