Haqqımızda Reklam
11 
Sen
2019
11:40
0
2
315

Kərbəlada 3 günlük matəm elan edildi

İraqın Kərbəla şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən qəzadan sonra hökümət tərəfindən şəhərdə üç günlük matəm elan edildi. 24News.ge Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən İraqın Kərbəla şəhərində onlarla insanın ölümünə və yaralanmasına səbəb olan yol qəzasından sonra üç günlük Kərbəla şəhərində matəm elan edildi. İraq Kürd Regional Rəhbərliyi başsağlığı mesajı nəşr etdi, Kərbəla Qubernatorluğundan edilən açıqlamada, "Qubernator Nuseyif Hattabi Baş nazir Adil Abdulmehdiye yas elanı məktubunu təqdim etdikdən sonra, 3 günlük matəm elan edilği təsdiq edildi". Digər tərəfdən, Səhiyyə Nazirliyi qəza ilə əlaqədar son vəziyyəti açıqladı. Açıqlamada, dünən Kərbəlada anma mərasimlərinə qatılımcılardan 31 adamın öldüyü və 102 nəfərin yaralandığı, yaralılardan bəzilərinin xəstəxanadan artıq azad edildiyi bildirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989