Haqqımızda Reklam
11 
Sen
2019
11:24
0
0
481

Gürcüstan və ABŞ hərbi əməkdaşlığı gücləndirəcək

Gürcüstan və ABŞ hərbi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir. 24News.ge xəbər verir ki, bunu yeni müdafiə naziri İrakli Qaribaşvili ABŞ müdafiə nazirinin Ukrayna, Rusiya və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuperlə görüşdə bildirib. Tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə çərçivə sazişinin yenilənməsi məsələsini müzakirə ediblər. Sənəd İ.Qaribaşvilinin yaxın gələcəkdə ABŞ-a səfəri çərçivəsində imzalanacaq. Müdafiə naziri Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığı qeyd edərək müdafiə sahəsində ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib. L.Kuper öz növbəsində deyib ki, ABŞ Gürcüstanın Müdafiə Nazirliyi ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Pentaqon rəsmisi Gürcüstanla strateji əməkdaşlığın dərinləşdirilməsi üçün bir sıra imkanların olduğunu qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989