Haqqımızda Reklam
10 
Sen
2019
22:35
1
3
471

Prezident: "Cenevrə formatına yeni təkan verməyə ehtiyac var"

"Cenevrə formatına yeni bir təkan verməyə, mənalı bir müzakirəyə başlamaq üçün siyasi əhatəsini və ölçüsünü bərpa etməyə ehtiyac var". 24News.ge xəbər verir ki, bu sözləri Prezident Salome Zurabişvili Tbilisidə Makkeyn (McCain) İqtisadi Siyasət İnstitutunun təşkil etdiyi beynəlxalq konfransda çıxışı zamanı deyib. Ölkə başçısının sözlərinə görə, münaqişənin həlli üçün ekspertlər deyil, nazirlər səviyyəsində siyasi müzakirələrin aparılması lazımdır. "Münaqişəni idarə etmək yox, həll etmək üçün bir format yaratmalıyıq. Əlavə formatları nəzərdən keçirə bilərik. Güvən qazanmaq üçün daha az rəsmi platforma yaratmaq yollarını tapmalıyıq",- deyə S.Zurabişvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989