Haqqımızda Reklam
10 
Sen
2019
17:01
4
5
1612

Günün günorta çağı Marneulidə ev qarət olunub (FOTO)

Marneuli rayonunun Rustaveli küçəsində yaşayış evlərinin birində qarət hadisəsi baş verib. 24News.ge-nin məlumatına görə, Marneuli rayonunun Rustaveli 87 küçəsindəki yaşayış evlərinin birində qarət hadisəsi meydana gəlib. Əldə olunan məlumata görə, bu gün günün birinci yarısında ev sahibi ailə üzvləri ilə birliktə Aşura günü ilə əlaqədar məscidə gediblər. Evdə heç-kəsin olmadığı sırada isə evə girən quldur və ya quldurlar qızıl-zinət əşyaları və min lariyə qədər pul götürüb. Hal-hazırda polis və ekspertiziya hadisə yerinə cəlb olunub. Daxili İşlər Nazirliyindən 24News.ge xəbər portalına verilən məlumatda bildirilib ki, cinayyət məcəlləsinin 177-ci maddəsi ilə istintaq başlayıb. Sözü gedən maddə, başqasına məxsus olan mülki müsadirə etmə və ya oğurlama faktını nəzərdə tutur. Bu isə 6 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989