Haqqımızda Reklam
09 
Dek
2023
16:31
80
27
1701

Tbilisidə Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dəstək yürüşü keçirilib (FOTO)

Gürcüstana Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı qərarın elan edilməsi ərəfəsində yüzlərlə insan Tbilisinin mərkəzində keçirilən “Avropa İttifaqına səsimiz” yürüşündə iştirak edib. 24News.ge xəbər verir ki, yürüşə ölkə prezidenti Salome Zurabişvili də qatılıb. Aksiya yerli vaxtla saat 14:00-da Tbilisinin mərkəzindəki Respublika meydanında başlayıb. Aksiya iştirakçıları, o cümlədən vətəndaş fəalları və müxalifət siyasətçilər təxminən 3,5 km aralıda yerləşən Avropa Meydanına doğru irəliləyiblər. “Avropa marşı”nda vətəndaşlar “Avropaya səsimiz” şüarları səsləndiriblər. Onların fikrincə, bununla da Avropa ölkələrinin liderlərinə Gürcüstanın Rusiyanı istəmədikləri ilə bağlı bir mesajdır. Onlar Gürcüstanın yerinin Avropa Birliyində olduğunu bildirirlər. Aksiyanın sonunda rəmzi olaraq 33 metr uzunluğunda nəhəng Avropa bayrağı açılıb və Gürcüstanla Avropa İttifaqının himnləri səsləndirilib. Sözügedən bayrağın üzərində yerləşən 12 ulduz isə Gürcüstanın müxtəlif yerlərində tikilib. Qeyd edək ki, noyabrın 8-də Avropa Komissiyası Avropa İttifaqı Şurasına birliyə qəbulla bağlı Bosniya və Herseqovina, Moldova və Ukrayna ilə danışıqlara başlamağı, həmçinin Gürcüstana üzvlük üçün namizəd statusunun verilməsini tövsiyə edib. Avropa Komissiyasının hesabatında deyilir ki, Gürcüstana müxtəlif sahələrdə islahatlar da daxil olmaqla, doqquz addımı başa çatdırmaq şərti ilə namizəd statusunun verilməsi tövsiyə edilir. Avropa Şurasının Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərarını dekabrın 15-də açıqlayacağı gözlənilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989