Haqqımızda Reklam
09 
Dek
2023
13:59
55
8
2637

Daha bir Avropa ölkəsində oğurluq edən Gürcüstan vətəndaşları saxlanılıb

İsveçrədə Sürix polisi 35-46 yaş arası üç Gürcüstan vətəndaşını oğurluq ittihamı ilə həbs edib. 24News.ge xəbər verir ki, bu barədə İsveçrə mətbuatı məlumat yayıb. Əldə olan məlumata əsasən, ev sahibi onlardan birini oğurluğa cəhd zamanı yaxalayaraq polisə məlumat verib, digəri isə qaça bilsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları onu başqa şəriki ilə birlikdə yaxalayıb. Saxlanılan şəxslər dindirilmək üçün əvvəlcə polisə, sonra isə prokurorluğa aparılıb. Digər məlumatlar məlum deyil.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989